“Qlobal maliyyə-iqtisadi böhranın fəsadlarını nəzərə alaraq, digər dövlət orqanları kimi Xarici İşlər Nazirliyi sistemində də büdcə vəsaitlərinə qənaət rejimi tətbiq edilir”. Bu sözləri APA-nın sorğusuna cavabında XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O bildirib ki, bu xüsusda, mövcud şəraitə uyğun olaraq Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin işinin və kadr təminatının optimallaşdırılması və fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində tədbirlər görülür: “Amma diplomatik nümayəndəliklərin bağlanması məsələsi gündəmdə deyil”.