ABŞ-ın fəaliyyətdə olan prezidenti Barak Obama yeni seçilmiş prezident Donald Trampa çağırış edib.
Baki-xeber.com-un xəbərinə görə, Florida ştatındakı Hərbi Hava Qüvvələrinin Makdil bazasında çıxış edən Obama özünün terrorizmlə mübarizə yanaşmalarını müdafiə edib və ABŞ-ın xaricdə böyük hərbi kontingent yerləşdirməkdən imtina etməli olduğunu deyib.
Bundan başqa, Obama xələfi Donald Trampı antiterror əməliyyatlarını “Birləşmiş Ştatların İslama qarşı mübarizəsi” qismındə aparmaqdan çəkinməyə çağırıb. O deyib ki, bu cür yanaşma nəinki daha çox amerikalının ölümünə səbəb olacaq, bu həm də “bizim qoruduğumuzu bəyan etdiyimiz dəyərlərin məhvinə gətirəcək”.