Rusiya İslam Komitəsinin rəhbəri Heydər Camal vəfat edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə jurnalist Maksim Şevçenko özünün feysbuk səhifəsində xəbər yayıb. Ölümün səbəbi barədə sualın cavabında isə bildirib ki, Heydər camal uzun müddətdir ağır xəstə idi.
Heydər Camal islam dairələrilə aktiv fəaliyyətə 1979-cu ildə Tacikistanda başlayıb. 1990-cı ilin mayında “Tövhid” adlı müstəqil informasiya mərkəzini yaradıb və “Əl-Vəhdət” qəzetini təsis edib. İslam diçəlişi partiyasının yaradılmasının təşəbbüskarlarından olub. 1995-ci ilin yayında “İslam komitəsi” regionlararası ictimai hərəkatını yaradaraq ona rəhbərlik edib. 2005-ci ildən Rusiya İslam İrsinin Rəyasət Heyətinin üzvüdür.