“İlham qardaşımdan sor bir istəyi varmı?”
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfərə gəlib.
Baki-xeber.com-un “Yeni Şafak” qəzetinə istinadən xəbərinə görə, Mövlud Çavuşoğlu bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Türkiyə prezidentinin salamlarını dövlət başçısına çatdıran Çavuşoğlu Ərdoğanın “İlham qardaşımdan sor bir istəyi varmı” sözlərini də ifadə edib.
Prezident İlham Əliyev salamlarına görə Türkiyə dövlət başçısına təşəkkür edib və bildirib ki, “Bizi dostluq və qardaşlıq telləri bağlayır”. İlham Əliyev Azərbaycan və Türkiyə nazirlikləri arasındakı sıx münasibətdən məmnunluq ifadə edib. Görüşdə regional və qlobal problemlər müzakirə edilib.
Sonda Azərbaycan Prezidenti Türkiyə XİN rəhbərindən onun da salamlarını Türkiyə Cumhurbaşqanına çatdırmağı xahiş edib.