"Avropa İttifaqına üzv ölkələrin vətəndaşlarının, o cümədən Fransa, Almaniya, Bolqarıstan, Litva, Niderland, Çexiya, Polşa, İtaliya, Böyük Britaniya və Lüksemburqdan olan jurnalistlərin Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərinə səfər etmələri acınacaqlı haldır".
APA-nın məlumatına görə, bu barədə Azərbaycanın ATƏT yanındakı nümayəndəliyinin ATƏT-in Daimi Şurasının iclasına müraciətində bildirilir.
Müraciətdə qeyd olunur ki, onların hamısının Azərbaycana girişi qadağan olunub.
"Biz xəbərdarlıq edirik ki, həmin şəxslər inzibati və cinayət məsuliyyəti də daxil olmaqla, məhkəmə icraatı ilə üzləşə bilərlər. Dövlətlər vətəndaşların, o cümlədən jurnalistlərin ərazi bütövlüyü və suverenlik kimi prinsipləri pozmağa yönəlmiş fəaliyyətlərinin qarşısını almaq üçün tədbirlər görməklə, beynəlxalq norma və prinsiplərə əməl etməyə məcburdur", - deyə müraciətdə vurğulanır.