Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu şənbə günü Azərbaycana işgüzar səfər edəcək. Bu barədə Trend-ə məlumatlı mənbədən bildirilib.
Səfər çərçivəsində Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər planlaşdırılıb. Danışıqlar zamanı regiondakı hadisələr, xüsusilə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq.