İran İslm İnqilabı Keşikçiləri Korpusu başçısının köməkçisi Rəsul Sənayirad Türkiyə prezidenti Ərdoğanın Türkiyənin Əsədi devirmək üçün Suriyaya girdiyinə dair açıqlamasına sərt təpki verib.
Baki-xeber.com-un xəbərinə görə, Sənayirad deyib ki, Ərdoğanın Bəşər Əsəd hökumətini yıxmağa gücü yetməz. Üstəlik iranlı general Türkiyənin İordaniya ilə birlikdə Suriyadakı bəzi qruplara nəqliyyat dəstəyi verdiyini iddia edib. Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-nin isə həmin qrupları maliyyələşdirdiyini bildirib.