ABŞ-da Rusiya diplomatlarının ölkə ərazisində hərəkətini məhdudlaşdıran qanun layihəsi qəbul olunub.
Baki-xeber.com-un gazeta.ru-a istinadən xəbərinə görə, ABŞ Nümayəndələr Palatasında qəbul olunan qanun layihəsi ABŞ-da akkreditə olunmuş Rusiya diplomatlarının iı yerindən 40 kilometrdən artıq məsafəyə aralanmasını qadağan edir. Lakin qanunda istisna hallar da nəzərə alınıb. Belə ki, zərurət yaranarsa, Federal Təhqiqatlar Bürosu (FTB) əvvəlki təqvim rübü ərzində hər hansı qanun pozuntularının baş vermədiyi barədə rəy verdiyi təqdirdə diplomatın hərəkət trayektoriyasında dəyişiklik edilə bilər.