Bakıda bir ailənin öümü ilə nəticələnən yanğın hadisəsi baş verib.
Baki-xeber.com-a bu barədə Fövqəladə Hallar Nazirliyinin saytından bəlli olub. Xəbərə görə, Nizami rayonunda tikintisi yarımçıq qalmış ( Sovetlər dövründən) yaşayış binasının ümumi sahəsi 210 m2 olan zirzəmisində 4 ailənin məskunlaşdığı otaqların yanar konstruksiyaları 97 m2 sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1983-ci il təvəllüdlü Babaşov Seymur Əkbər oğlu, həyat yoldaşı, 1986-cı il Babaşova Cəvahir Əlövsət qızı və övladları - 2005-ci il təvəllüdlü Babaşov Fərhad Seymur oğlu, 2007-ci il təvəllüdlü Babaşov Elşad Seymur oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunaraq, Xüsusi Risqli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.