Türkiyədə aralarında azərbaycanlıların da olduğu 25 İŞİD üzvü tutulub.
Baki-xeber.com “Milliyet” qəzetinə istinadən xəbər verir ki, İstanbul Terrorla Mübarizə İdarəsinin 3 şəhərdə eyni vaxtda keçirdiyi əməliyyat nəticəsində İŞİD üzvü olduğu bildiriləbn 12 rus, 2 azərbaycanlı, 2 özbək və 1 Tacikistan vətəndaşının da aralarında olduğu 25 nəfər saxlanıb.
“JAY” kod adlı şəxsin liderlik etdiyi şübhəlilər Türkiyəyə gələn əcnəbi şəxsləri müvəqqəti yerlə təmin edərək, İŞİD-ə qoşulmaları üçün saxta sənədlərlə Suriyaya göndərirmiş.
İstanbul Terrorla Mübarizə İdarəsi tərəfindən izlənən şübhəlilərə qarşı oktyabrın 27-də Qaziantep, Şanlıurfa və Aydın eyni vaxtda əməliyyatlar keçirilib. Əməliyyatlar zamanı 12 rus, 2 azərbaycanlı, 2 özbək, 1 tacik və 8 Türkiyə vətəndaşı saxlanıb.
Şübhəlilərin yaşadığı ünvanlarda hərbi kamuflyajlar, qarşıdurma bölgələrinə göndəriləcəyi bildirilən ağrı kəsici, tərkibində narkotik olan dərmanlar, müxtəlif dillərdə yazılmış təşkilati sənədlər və silahlar ələ keçirilib. Məhkəməyə göndərilən 23 şübhəli barəsində həbs qərarı çıxarılıb, 2 nəfərin isə dindirilməsi davam edir.
TAHİR