Bu gün "Avropa" otelində Türkiyə-Azərbaycan münasibətləri, 15 iyul hərbi çevriliş cəhdi və millətin zəfərilə bağlı Türk Filmləri Həftəsinin başlaması ilə əlaqədar mətbuat konfransı keçirilib.
Baki-xeber.com-un xəbərinə görə, mətbuat konfransı Azərbaycanın Əməkdar artisti Azərinin ifasında ”15 Temmuz Gecesi” adlı mahnısı ilə açıldıqdan sonra Türkiyə Prezidentinin ictimai məsələlər üzrə köməkçisi Yalçın Topçu və Yerli Düşüncə Dərnəyinin sədri Metin Gündogdu çıxış edərək, Bakıda Türk Filmləri Həftəsi keçirilməsinin önəmindən və bu tədbirin Azərbaycan və Türkiyə arasındakı körpülərin sinemanın gücü ilə daha da qüvvətləndiriləcəyindən danışıb.
Tədbirin sonunda iştirakçılar noyabrın 22-də Nizami Kino Mərkəzində Türk Filmləri Həftəsinin Qala gecəsinə dəvət olunub.