Sumqayıtda 2 otaqlı ev yanıb.
Baki-xeber.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərinə görə, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus, ümumi sahəsi 50 m2 olan 2 otaqlı mənzilin 1 otağında 7 m2 sahədə döşəmə və 1 ədəd döşək yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.