Bakının Binəqədi rayonunun Dərnəgül qəsəbəsində məcburi köçkünlərin yaşadığı yataqxanada güclü yanğın baş verib.
“Trend”-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə baş verən zaman yanan mənzilin sahibləri evdə olmayıb. Yanğının elektrik naqillərində qısaqapanma nəticəsində baş verdiyi ehtimal olunur.
Hadisə nəticəsində bina sakinləri təxliyyə olunub. Xəsarət alan yoxdur.
Yanğın artıq söndürülüb.