Türkiyənin Siirt bölgəsində torpaq sürüşməsi mədən qəzasına səbəb olub.
Baki-xeber.com xəbər verir ki, faciə bölgənin Şirvan ilçəsindəki mədən ocağında meydana gəlib. Rəsmi açıqlamada mədəndə həmin anda 16 işçinin iş başında olduğu bildirilir. Dərhal hadisə yerinə gələn xilasedicilər hələlik 3 nəfərin meyitini çıxara bilib. 13 nəfərin axtarışları davam edir.
Torpaq sürüşməsinin güclü yağış səbəbindən baş verdiyi bildirilir. Xəbərdə o da qeyd olunur ki, faciənin baş verdiyi mədən özəl şirkətə aiddir.