ABŞ-da bu gün keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.
Baki-xeber.com xəbər verir ki, bu barədə USA Today telekanalı xəbər yayıb. Xəbərdə deyilir ki, ənənəyə görə, Nyu-Hempşir ştatının Diskvill Notç adlı balaca kəndinin 6 nəfər sakini seçkidə ilkin səs verənlər kimi qeydiyyata alınıb və onların çoxu Hillari Klintona səs verib. Belə ki, saat 00.01-də seçki məntəqəsinə gələn sakinlərin 4-ü xanım Klintona, 2-si isə Trampa səs verib.
Qeyd edək ki, 1960-cı ildən yaranan bu ənənəyə görə, sözügedən kəndin sakinləri gecəyarısı səsvermə hüququna malikdir. ABŞ-da yaşadılan ənənəyə görə isə bu, seçkidə ilkin mərhələ sayılır və seçkinin nəticəsi barədə ilkin ehtimalı formalaşdırır.