Rusiya, Türkiyə və Azərbaycan prezidentlərinin üçtərəfli görüşünün keçirilməsi planlaşdırılır. Baki-xeber.com xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral açıqlama verib.
Rusiya Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev arasında üçtərəfli görüşün keçirilib-keçirilməyəcəyi sualını cavablandıran səfir bildirib ki, prezidentlərin görüşü ilə bağlı hazırlıqlar gedir: "Görüşlə əlaqədar hazırlıqlar gedir. Amma bu yalnız Azərbaycan və Türkiyəyə bağlı məsələ deyil. Rusiya da bu prosesdə iştirak edir".