Türkiyənin Azərbaycandakı səfirliyində Azərbaycan media nümayəndələri üçün qəbul təşkil edilib. APA- nın məlumatına görə, qəbulda Azərbaycanın aparıcı media qurumlarının rəhbərləri, jurnalistlər qatılıb.
Səfir Erkan Özoral bildirib ki, Azərbaycana səfir təyin olunmaqdan çox məmnundur. Onun fikrincə, Azərbaycan bütün sahələrdə olduğu kimi, media sahəsində də xeyli irəliləyiş var. Səfirin sözlərinə görə, xüsusilə onlayn media sahəsində xeyli dəyişiklik baş verib.
Erkan Özoral iki ölkə arasında bundan sonra da əlaqələrin inkişafı üçün əlindən gələni edəcəyini bildirib.