Türkiyə-Azərbaycan münasibətləri 15 iyul hadisəsi zamanı dünyaya nümunə oldu. Bunu Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Diplomat 15 iyul hadisəsi zamanı Azərbaycanın göstərdiyi qardaşlıq nümunəsi və dəstəyin heç vaxt unudulmayacağını vurğulayıb.
Səfir qeyd edib ki, Azərbaycan iqtisadiyyatının inkişafı Türkiyəni çox sevindirir.
Səfir deyib ki, Azərbaycan, Türkiyə və Rusiya arasında üçtərəfli görüşün keçirilməsi üçün hazırlıqlar gedir. Onun sözlərinə görə, eyni zamanda Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli görüşünün keçirilməsi planlaşdırılır.
“Yalnız Xalqların Demokratik Partiyasının (HDP) üzvləri prokurorluqda ifadə verməkdən boyun qaçırmışdı”. Bunu da Turkiyənin Azərbaycandakı səfiri deyib.
Türkiyədə Xalqların Demokratik Partiyasının həmsədrlərinin və deputatlarının həbsinə toxunan səfir qeyd edib ki, bu, yeni bir hadisə deyil: "Prokurorluq araşdırması uzun müddətdir ki davam edir. Bu vəkillər prokurorluğa ifadə vermədikləri üçün saxlanılıblar. Daha sonra məhkəmə onlardan bəzilərinin həbsinə qərar verib. Ümumilikdə, digər partiyalardan olan deputatlar da prokurorluğa dəvət edilmişdi. Yalnız HDP üzvləri bundan boyun qaçırmışdı".
Səfir deyib ki, Qərb ölkələri terrora həmişə dəstək verib (APA). Səfir əlavə edib ki, hazırda Türkiyədə terrorda ittiham olunan şəxslər Almaniya mühacirət edib: “onlar hazırda Almaniyanın himayəsindədir. Biz ABŞ-dan Fətullah Gülənin təhvil verilməsini gözləyirik. Hesab edirik ki, onun qaytarılmaması Türkiyəyə qarşı münasibətin göstəricisidir. Avropalılar əvvəlcə terrorla mübarizə sahəsində gördükləri işləri və öz öhdəliklərini nə dərəcədə yerinə yetirdiklərini nəzərdən keçirsinlər”.