Cümə axşamı günü, 29 oktyabr 2026
     

Ufuk Turganer beynəlxalq birliyi Kipr probleminin ədalətli həllinə çağırdı

Image


Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi Ufuk Turganer “Yeni Azərbaycan” qəzetinə müsahibə verib. Həmin müsahibəni oxucularımıza təqdim edirik:

Ufuk Turganer 1974-cü ildə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) paytaxtı Lefkoşa şəhərində anadan olub. 1992-1996-cı illərdə Doğu Akdeniz Universitetinin beynəlxalq əlaqələr fakültəsində təhsil alıb və oranı bitirdikdən sonra İngiltərədə Nottingham Universitetində beynəlxalq əlaqələr üzrə magistratura təhsili alıb.

1997-ci ildən ŞKTC Xarici İşlər Nazirliyində diplomatik fəaliyyətə başlayan Ufuk Turganer 3 il ərzində nazirliyin müxtəlif şöbələrində işləyib və 2000-ci ildə ŞKTC-nin Brüssel təmsilçisinin köməkçisi təyin olunub. 4 il Brüsseldə diplomat kimi fəaliyyət göstərən Ufuk xanım 2004-cü ildən 2013-cü ilə kimi ŞKTC Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə, 2013-2016-cı illərdə isə nazirliyin Konsulluq İşləri şöbəsinin müdiri vəzifəsində işləyib. 2016-cı il fevralın 1-dən ŞKTC-nin Bakı təmsilçisi kimi fəaliyyətə başlayıb.

Bir neçə gündən sonra, daha dəqiq desək, noyabrın 15-də Şimali Kipr Türk Cümhuriyyəti müstəqilliyinin 33-cü ildönümünü qeyd edəcək. Düz 33 il əvvəl, 1983-cü il noyabrın 15-də Kipr Türk Federal Dövlətinin Məclisi “öz müqəddəratını təyinetmə” hüququndan istifadə edərək yekdilliklə Şimali Kipr Türk Cümhuriyyətinin yarandığını bəyan edib. Lakin Qərbin türk-müsəlman dünyasına qarşı haqsızlığı, məsələlərə ikili standartlardan yanaşması nəticəsində bu günə kimi ŞKTC-nin müstəqilliyi beynəlxalq birlik tərəfindən (Türkiyə istisna olmaqla - N.A) tanınmayıb. Bununla belə, Kipr türkləri dövlətçilik haqlarının dünya birliyi tərəfindən tanınması üçün öz mübarizələrini davam etdirirlər. Elə ŞKTC-nin Bakı təmsilçisi Ufuk Turganerlə müsahibəmizdə də həm 33 illik mübarizə tarixinə qısa nəzər saldıq, həm də digər məsələlərlə bağlı suallara cavab aldıq.

- Ufuk xanım, öncə Sizi ŞKTC-nin elan olunmasının 33-cü ildönümü münasibətilə təbrik edirik. Təbii ki, 33 il ŞKTC üçün heç də asan keçməyib, müxtəlif çətinliklər, dünyanın haqsız hücumları ilə yadda qalıb. Bəs bütün bu çətinliklərə rəğmən, ötən 33 ildə nələrə nail oldunuz və gəlinən bugünkü nöqtə Kipr türklərini qane edirmi?

- Mən də təbrikə və bu əlamətdar gün ərəfəsində ölkəmizə ayırdığınız diqqətə görə “Yeni Azərbaycan” qəzetinə təşəkkür edirəm. Konkret sualınıza gəlincə, bəli, Kipr türkləri böyük bir mücadilə, çoxlu şəhidlər verilməsinin nəticəsində ŞKTC-ni qurdular. Eyni zamanda, ŞKTC-ni qurduqdan sonra da mücadiləmiz davam edir. Cümhuriyyətimizin dünya birliyi tərəfindən tanınmasına nail olmaq, ŞKTC-ni ayaqda tuta bilmək, özümüzün bütün imkanlarımızdan yararlanaraq xalqımıza münbit şərait yaratmaq üçün bu gün də yorulmadan mübarizə aparırıq. Yəni hələ son nöqtəyə çatmış deyilik. Ona görə də dünya birliyi Kipr probleminin ədalətli həlli, adadakı hər iki xalqın - türklərin və rumların hüquqlarının bərabər şəkildə təmin olunması üçün səy göstərməlidir. Bu, beynəlxalq aləm üçün də vacibdir. Məlum olduğu kimi, hazırda danışıqlar davam edir. Danışıqlar müsbət sonuclanarsa, iki tərəfdə eyni vaxtda referendum olacaq və sülh planı xalqa təqdim ediləcək. Yəni son söz xalqın olacaq. Ümid edirik ki, nəhayət, problem həll ediləcək. Amma yenə də xüsusi olaraq vurğulayıram ki, bu problem ədalətli, bərabər hüquqlar, Kipr türklərinin hakimiyyət haqqının və digər haqlarının rumlarla bərabər səviyyədə tanınması halında birdəfəlik həll edilə bilər.

- Siz elə bir ölkənin diplomatısınız ki, bu ölkənin haqqı hələ dünya birliyi tərəfindən tanınmayıb. Təbii ki, bunun müəyyən çətinlikləri də var və həmin çətinliklərlə üzləşərkən diplomat olduğunuza görə peşmançılıq keçirməmisiniz?

- Xeyr. Heç bir zaman peşmançılıq keçirməmişəm və bundan sonra da keçirməyəcəm. Çünki uşaqlıqdan arzum peşəkar bir diplomat kimi ölkəmə və xalqıma xidmət etmək olub. Və bunun üçün də ali təhsilimi Doğu Akdeniz Universitetinin beynəlxalq əlaqələr fakültəsində aldım. 1997-ci ildə Londondan Lefkoşaya döndükdən sonra eşitdim ki, Xarici İşlər Nazirliyində sınaq imtahanları keçirilir. Həmin sınaq imtahanlarında iştirak etdim və uğur qazandım. Beləliklə, 1997-ci ildə Xarici İşlər Nazirliyində işə başladım. Sualınızın birinci hissəsinə gəlincə, əlbəttə ki, tanınmamış bir ölkənin diplomatı kimi fəaliyyət göstərməyin çətinlikləri var və biz də vəzifəmizin icrası müddətində bunlarla üzləşirik. Ancaq işlədiyimiz ölkələrdə bacardığımız qədər bu çətinlikləri aşmağa çalışırıq. Bilirsiniz ki, Belçika, necə deyərlər, Avropa İttifaqının göbəyidir. Təbii ki, orada ŞKTC-nin diplomatı kimi fəaliyyət göstərmək çox çətindir. Lakin 8 aydır fəaliyyət göstərdiyim Azərbaycanda bu çətinlikləri hiss etmədim. İnsanların ŞKTC-yə maraq və sevgisi çox böyükdür. Bizi burada hər kəs çox mehriban, çox isti qarşıladı.

- Dediyiniz kimi, tanınmamış bir ölkənin diplomatı kimi fəaliyyət göstərmək çox çətindir. Bəs istər ŞKTC-də, istərsə də xaricdə keçirdiyiniz görüşlər, apardığınız danışıqlar zamanı bu çətinlikləri necə aşırsınız?

- Bunun üçün diplomatiya bacarığı olmalıdır. Yəni bizim kimi diplomatların durumu bəllidir. Biz bütün görüşlərdə ölkəmizin əlindən alınmış haqlarını müdafiə etməliyik. Çünki Cənubi Kiprdəki rum tərəfi bütün haqlara sahib olduğu, dövlət kimi beynəlxalq birlik tərəfindən tanındığı halda, Kipr türklərinə qarşı dünyanın acımasız davranışı davam edir. 2004-cü ildə keçirilən referendumda Annan planına dəstək verməsinə rəğmən yenə də Kipr türk tərəfi cəzalandırıldı. Avropa İttifaqı da verdiyi sözlərə əməl etmədi.

 

- Ufuk xanım, Azərbaycana təyinatınızı necə qarşıladınız?

- Mən buraya təyinat aldığım üçün çox xoşbəxtəm. Bura çox istəyərək gəldim. Bir diplomat üçün Azərbaycanda olmaq gerçəkdən xüsusi bir üstünlükdür. Buraya gəldiyimiz ilk andan həm ölkəniz, həm də insanlar bizi çox təsirləndirdi. Burada ikinci bir Vətəndəyik. Onun üçün burada olmaqdan çox məmnunam. Bizim üçün Azərbaycanın Şimali Kiprdən heç bir fərqi yoxdur və inşallah, çox gözəl işlər görəcəyik.  Onu da deyim ki, Bakının arxitekturasını çox bəyəndim. Burada köhnə binalarla yanaşı modern binalar da var. İçərişəhər isə ayrı bir gözəllikdir. Hər həftəsonu uşaqlarla gedirik. İnsanlarınız çox mehriban, qonaqpərvərdirlər. Azərbaycanlı qardaşlarımızla çox ortaq dəyərlərimiz var. Məsələn, bəzi sözlərimiz eynidir, adətlərimiz çox yaxındır, mətbəximizdə oxşarlıq var.

- Bəs digər şəhər və rayonlara baş çəkə bilmisinizmi?

- Bu səkkiz ay ərzində imkan edib ailəmlə Qəbələ, Quba və s. yerlərdə olmuşuq. Onu da deyim ki, Bakı kimi əyalətləriniz də çox gözəldir. İstər təbiəti, istər insanları, istərsə də quruculuq işləri əyalətləri dünya üçün maraqlı edir. Təbii ki, bütün bunlar Azərbaycanın inkişafı, qüdrətli ölkə olması ilə bağlıdır. Azərbaycanın bu qədər qüdrətli ölkə olmasından bir türk olaraq çox qürur duyuram. Buraya davamlı olaraq xaricdən dövlət adamları gəlir. Beynəlxalq tədbirlər, forumlar keçirilir. Azərbaycanın bu uğurları Türk dünyasının da bir parçası olaraq bizə - ŞKTC türklərinə də qürur verir.

- Dediniz ki, Azərbaycanın rayonları ilə tanışlığa ailənizlə getmisiniz.

- Bəli. 13 yaşında əkiz övladlarım var - bir qız, bir oğlan. Burada məktəbə gedirlər. Onlar da bura alışdılar. Uşaqlarım musiqi ilə maraqlanır, piano və kaman çalır. Anam da bizimlədir. Həyat yoldaşım isə Kiprdə işlədiyinə görə buraya tez-tez gedib-gəlir.

- Təbii ki, sizə qədər də ŞKTC ilə Azərbaycan arasında təhsil və turizm sahəsində əlaqələr mövcud olub. Maraqlıdır, sizin bu əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində hansısa planlarınız varmı?

- Bəli, var. Öncə turizmdən başlamaq istəyirəm. Bizim istəyimiz budur ki, Azərbaycanı daha çox kiprli türklər, ŞKTC-ni isə azərbaycanlılar ziyarət etsinlər. Doğrudan da, Azərbaycan öz tarixi, təbiəti, mədəniyyəti ilə zəngin bir ölkədir. Həmçinin Şimali Kiprin də turizm baxımından özünəməxsus üstünlükləri - dənizi, zəngin mədəniyyəti, gözəl təbiəti var. Yəni turizm sahəsində qarşılıqlı olaraq addımların atılması üçün müəyyən planlarımız var. Yaxın günlərdə ŞKTC-dən bir nümayəndə heyəti Azərbaycana səfər edəcək. Səfər çərçivəsində ŞKTC-nin turizm potensialının təqdimatı keçiriləcək və həmçinin buradakı turizm şirkətləri ilə danışıqlar aparılacaq. Eyni zamanda, turizmlə bağlı gələcəkdə Azərbaycandan da bir heyət ŞKTC-yə gedə bilər.

Təhsillə bağlı əlaqələrimizdə də bəlli bir nöqtəyə qədər gəlmişik. Amma hesab edirəm ki, bu sahədə əlaqələrimizin daha da inkişaf etdirilməsi lazımdır və bunun üçün planlaşdırdığımız addımlar var. Hazırda Azərbaycandan 1000-ə yaxın tələbə ŞKTC-də ali təhsil alır. Amma bu sayı artırmaq istəyirik. Bu istiqamətdə ŞKTC universitetləri ilə danışıqlar aparırıq. Çalışırıq ki, onlar azərbaycanlı gənclər üçün təhsil məsələsində daha çox güzəştlər versinlər. Yəni mənim hədəfim, məqsədim budur. Daha çox azərbaycanlı gəncin bizim ölkəmizə gəlib təhsil almasını və geri dönüb öz vətənləri üçün faydalı işlər görmələrini çox istəyirik. Eyni zamanda, Azərbaycandakı universitetlərlə ŞKTC universitetləri arasında tələbə mübadiləsi ola bilər. Yeri gəlmişkən, qəzetiniz vasitəsilə müraciət edib, demək istəyirəm ki, istər hazırda ŞKTC-də təhsil alan, istərsə də gələcəkdə təhsil almaq istəyən azərbaycanlı gənclərin hər hansı bir sualları olarsa, buyursunlar. Qapımız hər zaman açıqdır, istənilən vaxt müraciət edə bilərlər. Biz onlara əlimizdən gələn köməyi etməyə hazırıq.

- Bəs mədəni sahədə hansı addımlar nəzərdə tutulur? Bəzən deyirlər, diplomatların görə bilmədikləri işi mədəniyyət xadimləri, sənət adamları görür. Bu baxımdan iki ölkənin sənət adamlarının qarşılıqlı səfərləri, ortaq mədəniyyət tədbirləri ilə bağlı bir planınız varmı?

- Siz maraqlı və vacib bir məsələyə toxundunuz. Zatən bu məsələ üzərində də ciddi çalışırıq. Yeri gəlmişkən deyim ki, noyabrın 15-də Azərbaycan xalqına bir sürprizimiz olacaq. ŞKTC-dən bir sənətçimiz burada olacaq. Eyni zamanda, dediyiniz kimi, həm ŞKTC sənətçilərinin burada, həm də Azərbaycan sənətçilərinin ŞKTC-də mədəni tədbirləri üçün planlarımız var. Onu da xüsusi olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan sənətin beşiyidir. Burada gördüyüm sənət əsərləri, istər balet, istər opera, məni heyran edib.

- Siz diplomatsınız və təbii ki, daha çox beynəlxalq əlaqələrlə bağlı mövzulara maraq göstərirsiniz. Amma mənim üçün maraqlıdır. Ufuk xanım boş vaxtlarında musiqi dinləyir, yoxsa kitab oxuyur?

- Boş zamanım olduqca öncəliklə uşaqlarla vaxt keçirirəm. Evdə olmağa, klassik musiqi dinləməyə üstünlük verirəm. Təbii ki, kitablar da oxuyuram. Eyni zamanda, idmanla məşğul olmaq istəyirəm. Amma hələ ki, buna vaxtım yoxdur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ