İraqın Kürd avtonom vilayəti rəhbərliyinin beynəlxalq əlaqələr departamentinin başçısı Falah Bakir Rusiya XİN başçısının müavini və Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə nümayəndəsi Mixail Boqdanovla söhbətində ondan humanitar və hərbi yardım istəyib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Bakir “İzvestiya” qəzetinə müsahibəsində bildirib. O deyib ki, bu yardıma zərurət İraq Kürdüstanına digər rayonlardan, o cümlədən Suriyadan axın edən qaçqınlara dəstək üçün yaranıb.
Xatırladaq ki, Mixail Boqdanovla Falah Bakirin görüşü 1 noyabr tarixində baş tutub. Görüş çərçivəsində tərəflərin terrorizm təhlükəsi və İraqdakı siyasi vəziyyəti müzakirə etdiyi bildirilir. Eyni zamanda görüşdə Rusiyanın İraq və Kürdüstan avtonom vilayətilə gələcək əməkdaşlıq əlaqələri müzakirə edilib.