İstanbul Hava Limanı yaxınlığında bazar gününə keçən gecə olay yaşanıb.
Baki-xeber.com-un xəbərinə görə, iki motosikletçi polisin “dur” əmrinə tabe olmayaraq Atatürk Hava Limanının ərazisinə daxil olmağa cəhd edib. Bunun ardınca polisin atəş açması nəticəsində onlardan biri yaralanıb, ikincisi isə bir müddət gizlənməyə imkan tapıb. Lakin çox keçmədən onların hər ikisi saxlanıb. Motosikllərin yoxlanmasında polis hər hansı silah və ya partlayıcı aşkar etməyib.
Tutulan şəxslər ətrafında araşdırmalar aparılır.