Amerikanın hərbi hakerləri Rusiyanın telekommunikasiya şəbəkələrinə, hətta “Kremlin komanda sistemlərinə” daxil ola bilib.
Baki-xeber.com-un xəbərinə görə, belə bir xəbərlə NBC kanalı çıxış edib. Telekanala danışan mənbənin sözlərinə görə, beləliklə hakerlər, ABŞ-ın istəyi olarsa, Rusiyanın infrastrukturunu Amerika kibersilahı üçün əlçatan hala gətiriblər. NBC-nin bildirdiyinə görə, “ABŞ ciddi kiberhücuma məruz qalarsa”, Vaşinqton bu kibersilahını işə salmağa hazırdır.
Xatırladaq ki, Amerika rəhbərliyi müxtəlif səviyyələrdə Rusiyanı Demokratlar partiyasının serverini sındırmaqda ittiham edib. Vaşinqtonda güman olunur ki, kiberhücumlarla Moskva ABŞ-da prezident seçkilərinə təsir etmək istəyir.
Öz növbəsində Rusiya prezidenti Vladimir Putin bu ittihamları anlamadığını bildirib və Rusiyanın dövlət səviyyəsində kiberhücumlarla məşğul olma fikrini “anlaşılmaz” sayıb.