“İslam dövləti” terrorçu qruplaşması cümə günü səhər saatlarında Türkiyənin Diyarbəkir vilayətində törədilən terror aktının məsuliyyətini öz üzərinə götürüb.
Xatırladaq ki, terror aktı kürdyönümlü Xalqların Demokratik Partiyasından (HDP) 11 millət vəkilinin tutularaq istintaqa cəlb olunmasının dərhal ardından törədildiyindən, ilk ehtimal kimi PKK gündəmə gəlmiş, Baş nazir Binəli Yıldırım bu qruplaşmanı terror tötətməkdə ittiham etmişdi.
Onu da bildirək ki, terror aktı nəticəsində 8 nəfər həlak olub, 100 nəfərdən artıq yaralı var.