Diyarbəkirdə cümə günü səhər saatlarında törədilən terror hadisəsinin detalları bəlli olub.
Baki-xeber.com-un CNN Türk-ə istinadən xəbərinə görə, hadisəyə taksi sürücüsünün qarışması daha böyük itkilərin yaşanmasının qarşısını alıb. Belə ki, DHA-nın Diiyarbəkir Büro şefi Ferit Aslanın verdiyi xəbərə görə, içərisində tonlarla partlayıcı olan mikroavtobus Çevik Kuvvet Şöbə Müdirliyinə doğru hərəkət edərkən bir taksi ilə toqquşub. Mikroavtobus sürücüsünün maşını saxlamadan yoluna davam etməsi taksi sürücüsünü qəzəbləndirib və o, mikroavtobusu təqib edərək önünü kəsib. Maşından düşüb mikroavtobusun qapısını açan taksi sürücüsü bu anda “bomba var” deyə bağıraraq geriyə qaçıb. Mənzil başına çata bilməyəcəyini anlayan terrorçu isə elə saxlandığı yerdə partlayıcını işə salmalı olub.
Məhz bunun nəticəsində də Çevik Kuvvet Şöbə Müdirliyinin ətrafındakı polislərin önləm aldığı və ətrafdakı insanların qaçmağa macal tapdığı bildirilir.