Məşhur WikiLeaks saytının yaradıcısı Julian Assanj ABŞ prezidentliyinə Demokratlar partiyasından namizəd Hilları Klinton barəsində şok effekti verəcək xəbər səsləndirib.
Baki-xeber.com-un xəbərinə görə, Assanj deyib ki, özünün elektron yazışmalarında Hillari Klinton “İslam dövləti” terrorçu qruplaşmasının Qətər və Səudiyyə Ərəbistanı hökumətləri tərəfindən maliyyələşdirildiyini etiraf edir. TASS-ın xəbərinə görə, Assanj bu barədə RT kanalına müsahibəsində bildirib. O deyib ki, xanım Klinton bu barədə 2014-cü ildə, dövlət katibi postunu tərk etdikdən dərhal sonra özünün seçki qərargahının rəhbəri Con Podestaya yazdığı məktubda bildirir, qeyd edir ki, İŞİD Qətər və Səudiyyə Ərəbistanı hökumətləri tərəfindən maliyyələşdirilir. Assanj xüsusi olaraq vurğulayır ki, məktubda terrorçu qrupun hansısa ərəb şeyxləri deyil, məhz dövlət tərəfindən maliyyələşdirildiyi bildirilir.
Üstəlik Assanj daha bir maraqlı detala diqqət çəkir. Onun sözlərinə görə, ABŞ və Səudiyyə Ərəbistanı arasında silah satışında rekord rəqəm olan 80 milyard dollarlıq saziş məhz Klintonun dövlət katibi olduğu dövrdə imzalanıb. Ümumiyyətlə isə, onun sözlərinə görə, xanım Klintonun dövlət katibliyi müddətində ABŞ-ın silah ixracı pulla ifadədə iki dəfə artıb.