HDP-nin həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksekdağ daha 9 nəfər partiya üzvü millət vəkili ilə birlikdə gözaltına alınıb.
Baki-xeber.com CNN Türk-ə istinadən xəbər verir ki, Dəmirtaş Diyarbəkirdə, Yüksekdağ isə Ankarada saxlanıb. Onların Diyarbakır, Şırnak, Hakkari, Van ve Bingöl Cumhuriyet prokurorlarının apardığı terror soruşdurmaları səbəbilə saxlandığı xəbər verilir.
Bu arada ölkənin Daxili İşlər Nazirliyi HDP-dən daha iki millət vəkilinin ölkə xaricində olduğunu, barəsində gözaltı qərarı olan 2 nəfərin isə istintaqının getdiyini açıqlayıb.
Dəmirtaş özü isə gözaltına alınması xəbərini tvitter üzərindən yayıb.