Bazar günü günü, 10 may 2026
     

Azərbaycan televiziya və radiosunun yubileyi təntənəli mərasimlə qeyd edildi - FOTO

Image


Dünən Heydər Əliyev Sarayında Azərbaycan televiziyasının 60 və radiosunun 90 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib. Trend-ə məlumatına görə, mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, kütləvi informasiya vasitələrinin rəhbərləri, ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Əvvəlcə xalq çalğı alətləri orkestrinin ifasında “Radio marşı” səsləndirilib. Sonra ulu öndər Heydər Əliyevin Azərbaycan Radiosu və Televiziyasının yubileyində iştirakı zamanı çıxışından bir hissə nümayiş etdirilib.

Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov teleradio sahəsində çalışan bütün insanları milli radiomuzun 90, televiziyamızın 60 illiyi münasibətilə təbrik edib.

Ə.Həsənov radio və televiziyanın Azərbaycan xalqının tarixi inkişafındakı rolundan danışıb: "Azərbaycanda teleradionun inkişafının sovet dövrü, xüsusilə də ötən əsrin 70-80-ci illəri çox əhəmiyyətli olub. Məhz həmin illərdə biz Azərbaycan dilini, ədəbiyyatını, tarixini, zəngin və çoxcəhətli milli mədəniyyətimizi yenidən dərk etmək və qiymətləndirmək imkanı əldə etdik. Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövrünü əhatə edən bu illər milli özünüdərkin oyanmasında yeni mərhələ olub. Sovet dövründə Heydər Əliyevin Azərbaycanda tətbiq etdiyi idarəçilik üsulu xalqın milli-mənəvi dirçəlişində xüsusi rol oynadı".

Azərbaycan teleradiosunun müstəqillik dövründə keçdiyi inkişaf yolundan bəhd edən Ə.Həsənov deyib ki, müstəqilliyin ilk illərində ölkədə yaranmış çətin və qarışıq ictimai-siyasi şərait teleradioya da təsirsiz ötüşməmişdi: "Ölkədə hökm sürən hərc-mərclik, xaos və anarxiyanın təzahürləri həm də kütləvi informasiya vasitələrinə sirayət edir, Azərbaycan xalqı üçün olduqca taleyüklü bir dövrdə medianın öz tarixi missiyasını lazımınca yerinə yetirməsinə imkan vermirdi. Lakin Heydər Əliyevin hakimiyyətdə olduğu illər Azərbaycan televiziya və radiosunun inkişafında da mühüm mərhələ oldu".

Prezidentin köməkçisi bildirib ki, bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi, media sahəsində də Heydər Əliyevin siyasəti və ənənələri uğurla davam etdirilir: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycan mediasına daim diqqət və qayğı ilə yanaşır, onun problemlərinin həlli və inkişafı üçün lazım olan bütün tədbirləri görür. Son 12 ildə teleradio fəaliyyətinin qanunvericilik bazası xeyli gücləndirilib. Son illər respublikamızda informasiya-kommunikasiya sistemlərinin inkişafına diqqət artırılıb, ölkəmiz 2 kosmik peykini orbitə buraxaraq kosmik dövlətlərin sırasına qoşulub. Hazırda Azərbaycanda 10 ümumrespublika, 13 regional, 17 kabel, 15 internet, 1 peyk televiziyası, 13 ümumrüspublika və 3 regional radio fəaliyyət göstərir. Azərbaycan ərazisində rəqəmsal yayımın tətbiqinə başlanıb".

Ə.Həsənov xatırladıb ki, Azərbaycan Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” 2010-cu il 22 iyul tarixli sərəncamı ilə jurnalistlər üçün yaşayış binası tikilib, 156 KİV əməkdaşına, o cümlədən televiziya və radio işçilərinə paylanıb: “2013-cü ildə Azərbaycan Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamına uyğun olaraq jurnalistlər üçün yeni 256 mənzilli binanın təməli qoyulub. Hər il mətbuat işçilərinin bayramlarında, televiziya və radio günü ərəfəsində əməkdə fərqlənən teleradio işçiləri müxtəlif dövlət mükafatları, fəxri adlar, orden və medallarla təltif edilirlər. Əminəm ki, milli televiziyanın 60 və radionun 90 illik yubileyi ilə bağlı da Azərbaycan teleradio işçiləri müxtəlif dövlət mükafatları və fəxri adlara layiq görüləcəklər”.

Ə.Həsənov qeyd edib ki, müasir dövrdə informasiya-kommunikasiya sistemləri sürətlə inkişaf edir: "İnternet getdikcə yazılı mətbuatın əhatə dairəsini və teleradio məkanını daraldır. Buna baxmayaraq, Azərbaycanda teleradionun auditoriyası hələ də böyükdür və bu sahə yeni texnologiyalardan bacarıqla yararlanaraq, ölkə əhalisinin 85%-nin informasiya ehtiyacını ödəyə bilir".

Sonra Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli çıxışında bildirib ki, bu gün Azərbaycan teleradio məkanında mühüm hadisə baş verir. Azərbaycan radiosunun 90, Azərbaycan televiziyasının isə 60 illik yolu bir tarixə çevrilir: "Teleradionun inkişaf yolunun çox hissəsi sovet dövrünə təsadüf edib. Sovet dövründə ağır ideoloji şərtlərə baxmayaraq, Azərbaycan televiziyası və radiosu Azərbaycan dilinin, mədəniyyətinin və incəsənətinin qorunmasında mühüm işlər görüb".

N.Məhərrəmli qeyd edib ki, müstəqilliyin ilk illərində teleradio yayımında bir xaos hökm sürürdü: "Ümummilli lider Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra bu halların aradan qaldırılması üçün əsaslı tədbirlər görüldü".

Şura sədri deyib ki, müstəqillik illərində teleradio məkanında fəaliyyəti tənzimləyən qanunvericilik bazası formalaşdırılıb: "Bu gün Azərbaycan televiziya və radiosu çox böyük potensiala malikdir. Bu gün Azərbaycanda həm özəl, həm də dövlət radio və telekanallarının olması Azərbaycanın teleradio məkanının nə qədər genişləndiyini göstərir. Prezident İlham Əliyev bu gün bu sahəyə çox böyük diqqət göstərir".

Daha sonra mərasim təbrik çıxışları və konsert proqramı ilə davam etdirilib.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

Gürcüstanla Rusiya Zəngəzur dəhlizinə alternativ hazırlayır - qonşumuzdan yeni davranış...

Azərbaycandan keçən yollar Avrasiyada müharibələrdən təsirlənməyən yeganə marşrut oldu...

SON XƏBƏRLƏR

10.05.2026 / 16:17
Paşinyandan tarixi Qarabağ etirafı – “Orada məktəb, bağça, fabrik inşa etdikmi? Xeyr, çünki bizim deyildi”... VİDEO

10.05.2026 / 15:57
Heydər Əliyevin adı ilə bağlı Naxçıvan turu... - VİDEO

10.05.2026 / 13:33
"Ucqar kənd məktəblərinin birləşdirilməsi istiqamətində iki model tətbiq edilir" - Nazir

10.05.2026 / 13:20
"Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik" - Prezident

10.05.2026 / 13:17
Prezident İlham Əliyev bu gün Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqladı

10.05.2026 / 13:16
"Bizdən Ermənistanı qorumaq lazım deyil, biz istədiyimizə nail olmuşuq" - Prezident İlham Əliyev

10.05.2026 / 13:12
Prezident: "Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, biz ayıq olmalıyıq"

10.05.2026 / 13:09
"Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək" - Prezident

10.05.2026 / 13:06
Prezident: "Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır"

10.05.2026 / 13:04
"Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur" - Prezident

10.05.2026 / 13:03
Prezident Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb - FOTO

10.05.2026 / 12:56
Zəngilan şəhərində inşa olunmuş ilk yaşayış kompleksinin açılışı oldu - FOTO

10.05.2026 / 12:33
Ceyhun Bayramov: "Delimitasiya və demarkasiya prosesi ilə bağlı işlər davam edir"

10.05.2026 / 12:08
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar - FOTO

10.05.2026 / 11:58
Qeyri-adi yetənəyi ilə məşhurlar siyahısına düşən soydaşımız - Günay Həsənova

10.05.2026 / 11:50
"Əfsuslar olsun ki, Ermənistanda hələ də Azərbaycana qarşı revanşist düşüncəli şəxslər var" - Ceyhun Bayramov

10.05.2026 / 11:36
Prezident İlham Əliyev Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlini qoyub - FOTO

10.05.2026 / 11:14
Prezident İlham Əliyev: "Slovakiya ilə tərəfdaşlığımızı yüksək qiymətləndirirəm"

10.05.2026 / 11:10
Ceyhun Bayramov Naxçıvana dron hücumundan danışdı

10.05.2026 / 09:53
İraqda səhranın ortasında İsrailin İrana qarşı qurduğu gizli baza aşkarlandı - əraziyə yaxınlaşan İraq ordusuna atəş açıldı...

10.05.2026 / 09:10
ABŞ UNO-larla bağlı ŞOK GÖRÜNTÜLƏR yaydı...

10.05.2026 / 08:56
Müasir Azərbaycan Heydər Əliyevin memarlıq dühasının təcəssümüdür

10.05.2026 / 08:34
Dörd illik qanlı müharibənin sonu göründü - Putindən Zelenskiyə sülh mesajı...

10.05.2026 / 00:28
Ermənilər işğal dönəmində Qarabağda törətdiyi cinayətləri elə özləri ifşa edir - VİDEO

10.05.2026 / 00:14
Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı paylaşım edib

10.05.2026 / 00:10
Prezident Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib

10.05.2026 / 00:03
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

09.05.2026 / 23:10
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Şükürbəyli sakinləri ilə görüşündən görüntülər paylaşılıb - VİDEO

09.05.2026 / 22:53
Trampdan Roma ilə gərginliyi artıracaq açıqlama - ABŞ qoşunları İtaliyadan çıxarılır...

09.05.2026 / 22:17
Fars körfəzini fəlakətə sürükləyəcək iddia... ABŞ-ın vurduğu Xark adasında neft sızması aşkarlandı - sürətlə yayılır...

09.05.2026 / 19:35
Sabah Azərbaycandan Ermənistana 16 vaqon dizel göndəriləcək

09.05.2026 / 19:11
İran körfəz ölkələrini Hörmüzlə təhdid etdi - bu riskə getməyin...

09.05.2026 / 18:50
Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb - FOTO

09.05.2026 / 18:22
Prezident: "Yaşayışla, təhsillə bağlı məsələlər həll olunduqca, məşğulluq məsələləri də həll edilir"

09.05.2026 / 18:16
"Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir" - Prezident

09.05.2026 / 17:45
Cəbrayılın Soltanlı kəndində “Şəfəq” yarımstansiyasının açılışı oldu - FOTO

09.05.2026 / 17:43
Prezident və Birinci xanım Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar - FOTO

09.05.2026 / 17:40
ABŞ və İran gələn həftə İslamabadda görüşə bilər...

09.05.2026 / 17:38
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

09.05.2026 / 17:28
Zaqatalada silahlı insident - restorandan çıxarkən qapıda güllələndi...

09.05.2026 / 17:20
Prezident və Birinci xanım Şükürbəyli kəndində fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar - FOTO

09.05.2026 / 17:11
Cəbrayılın Şükürbəyli kəndinin açılışı oldu - FOTO

09.05.2026 / 17:07
Putin qələbə paradında NATO-nu hədəf aldı, Kimdən də dəstək gəldi...

09.05.2026 / 16:13
BTQ Fransadan BMT-nin çağırışlarına dərhal əməl etməyi tələb etdi...

09.05.2026 / 15:40
“Bakı-Xankəndi” velosiped yarışının mükafat fondu açıqlandı - 50 min avrodan çox...

09.05.2026 / 15:12
"Müharibə qabaqdadır" - Ohanyan yenə sarsaqladı...

09.05.2026 / 14:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıla səfər ediblər

09.05.2026 / 13:55
Suraxanıda 12 kiloqram narkotik aşkarlanıb - VİDEO

09.05.2026 / 13:11
DİN-in şəxsi heyəti Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO/VİDEO

09.05.2026 / 12:28
Qobustanda elektrik stansiyası ərazisində güclü yanğın olub

09.05.2026 / 12:02
Tərtərdə gənc oğlan asma bronxid xəstəliyindən ölüb

09.05.2026 / 11:55
Prezident Birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar - FOTO

09.05.2026 / 11:52
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO

09.05.2026 / 11:25
Azərbaycan Tibb Universiteti Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır

09.05.2026 / 11:16
2 cüdoçumuz "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayır

09.05.2026 / 11:03
Azərbaycandan Ermənistana 8 vaqon dizel göndərildi

09.05.2026 / 10:59
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlandı

09.05.2026 / 10:11
Yol Polisi qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi

09.05.2026 / 06:39
Bu gün QƏLƏBƏ günüdür

09.05.2026 / 06:28
Paşinyan Ermənistanın Qarabağ iddiasını ölümcül səhv adlandırdı

09.05.2026 / 06:14
İran BMT-yə çağırış etdi - “ABŞ-ı qınayın”…

09.05.2026 / 06:04
Trampı tabutda təsvir etdi, altına “kaş ki…” yazdı - Ağ Ev şokda…

08.05.2026 / 23:06
ABŞ UFO-larla bağlı arxivləri açdı – ŞOK GÖRÜNTÜLƏR...

08.05.2026 / 21:22
Fransa Hindistandan Gürcüstana Ermənistan üzərindən dəhliz çəkir...

08.05.2026 / 20:45
Ermənistan ordusunu qurmaq Fransanın prioriteti elan olundu...

08.05.2026 / 20:07
Rusiya XİN Paşinyandan qisas alınacağını rəsmi bəyan etdi... “Zelenski...”

08.05.2026 / 19:44
Gənc istedadın ilk fərdi sərgisi açıldı - FOTO

08.05.2026 / 19:18
ABŞ Ukrayna müharibəsində vasitəçilikdən imtina edir – danışıqlar dalana dirənib...

08.05.2026 / 18:59
İran Hörmüz boğazında nəhəng neft tankerini ələ keçirdi...

08.05.2026 / 18:41
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu

08.05.2026 / 18:25
Bakı Təşəbbüs Qrupunun hesabatı BMT-ni hərəkətə keçirdi - Kanaki ilə bağlı Fransaya xəbərdarlıq edildi...

08.05.2026 / 18:02
Mingəçevir Dövlət Universitetində “MSU First Green Sports Festival”a hazırlıq işləri yekunlaşmaq üzrədir

08.05.2026 / 17:50
Tramp İranın “atom bombası məsələsində” Roma papasını açıq şərlədi...

08.05.2026 / 16:58
Türk Mətbəxi Həftəsi 2026-nın mövzusu açıqlanıb: - “Bir Süfrədə Miras”

08.05.2026 / 16:57
ABŞ-ın İranla müharibəsi Rusiyanı çökdürür...

08.05.2026 / 16:46
Rusiya “İranın ağzından" Ermənistanı hədələməyə başladı...

08.05.2026 / 16:06
ABŞ-da bir banka zəng vuran Roma Papası şoka düşdü - "filiala gəl" deyib, telefonu üzünə bağladılar...

08.05.2026 / 15:33
Cəsur oğullar vətəni elə vəsf edirlər ki...

08.05.2026 / 15:15
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi

08.05.2026 / 14:46
Dünya Putinin 9 mayını boykot etdi...

08.05.2026 / 14:32
Etibarsız nikah hansı halda etibarlı sayıla bilər? - Ali Məhkəmədən qərar...

“Böyük qayıdış” müasir şəhərsalma mədəniyyətinə böyük töhfələr verir...

XƏBƏR ARXİVİ