Antalya Ticarət v Sənaye Mərkəzində partlayış olub.
Baki-xeber.com-un xəbərinə görə, Mərkəzin avtoparkında meydana gələn və 10 nəfərin yaralanmasına səbəb olan partlayışın səbəbi hələlik bəlli deyil. Antalya Böyük Şəhər Bələdiyyəsinin başqanı Menderes Türel CNN Türk-ə açıqlamasında partlayışın erkən saatlarında və avtoparkında törədilməsi səbəbilə terror aktı versiyasını istisna edib. O deyib ki, adətən terror aktları insanların sıx toplaşdığı yerlərdə törədilir, Ticarət Mərkəzinin avtoparkı isə Mərkəzdən çox aralıda yerləşir.
Olayın səbəbləri araşdırılır.