ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək üçün Azərbaycan və Ermənistanla işə sadiq olaraq qalır. Trend-in məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
O bildirib: "Həmkarım səfir Ceyms Uorlikin ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə Azərbaycana səfəri bu məsələnin həllinin axtarışı üçün cari səylərin bir hissəsidir".
R. Sekuta Azərbaycan-Amerika münasibətlərinin hazırki səviyyəsini müsbət qyimətləndirib. Səfir qeyd edib: “Hələ üzərində işləməli çox məsələ var, amma münasibətlərdə inkişaf artıq hiss olunacaq dərəcədədir”
R.Sekuta deyib ki, ABŞ-da 400 azərbaycanlı tələbə təhsil alır. Onun sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra ABŞ-da 6 mindən çox azərbaycanlı tələbə təhsil alıb.
Səfir qeyd edib ki, ABŞ-da dünyanın ən qabaqcıl ali məktəbləri yerləşir.