Dünən səhər saat 5:00 radələrində Abşeron rayonun Hökməli qəsəbəsində "Azəravtoyol" ASC-nin əməkdaşı - 1972 il təvəllüdlü Müşviq Qurbanovun mənzilində qaz sızmasından partlayış baş verib.
Naki-xeber.com-un xəbərinə görə, xəsarət alan ev sahibi Müşviq Qurbanov və həyat yoldaşı Səbruz Novruzova dünən gecə saatlarında Respublika Yanıq Mərkəzindən Türkiyədəki hospitallardan birinə köçürülüb.
Hadisə nəticəsində xəsarət alan ailənin digər üzvü, 12 yaşlı Leyla Qurbanlının vəziyyəti sabit olduğundan, müalicəsi Respublika yanıq mərkəzində davam etdirilir.
Ailənin ən balaca üzvü - 3 yaşlı Banuçiçək Qurbanlı isə aldığı xəsarətlərdən dünyasını dəyişib.