Dünən gün boyu yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolub, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən “Trend”-ə verilən məlumata görə, güclü yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Risqli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın rayonlarına cəlb olunub.
Aparılan xilasetmə əməliyyatları nəticəsində fərdi yaşayış evlərindən 3-ü azyaşlı olmaqla 24 nəfər təxliyyə edilib, yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri aparılıb.
Sel sularının vurduğu fəsadların aradan qaldırılması davam edir.