Cümə günü, 30 oktyabr 2026
     

Mədət Quliyev Bakıda MDB təhlükəsizlik şurasının iclasında aqressiv separatizm məsələsini qaldırdı - FOTO

Image


Terrorçuluq və ekstremizm, aqressiv separatçılıq və mütəşəkkil cinayətkarlıq kimi müasir çağırışlara və təhlükələrə qarşı mübarizə məsələləri üzrə yalnız birgə səylərlə, fəaliyyətin əlaqələndirilməsi vasitəsilə, təcrübə və informasiya mübadiləsi ilə dövlətlərin sabitliyinin və təhlükəsizliyinin təmin edilməsi işində səmərəli nəticələr əldə etmək mümkündür.

Trend-in məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Şurasının 41-ci iclasında deyib.

M.Quliyev bildirib: “Bizim Minskdəki iclasdan, eləcə də bu ilin iyulunda Sankt-Peterburqda xarici dövlətlərin xüsusi xidmət, təhlükəsizlik və hüquq-mühafizə orqanları rəhbərlərinin 15-ci iclasından nisbətən az vaxt keçib. Bu müddət ərzində dünyada və bizim ölkələrdə əməliyyat şəraitinin xarakterinə müəyyən təsir göstərmiş hadisələr baş verib, birgə müzakirə və həll üzrə ümumi yanaşmaların hazırlanmasını tələb edən çağırış və təhdidlərin yeni elementləri aşkar olunub”.

DTX rəisi qeyd edib ki, bugünkü iclasın çıxışlarının mövzusu MDB məkanında terrorçuluq və dini ekstremizmlə, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə daxil olmaqla təhlükəsizliyin təmin edilməsi problemlərinin geniş spektrini əhatə edəcək.

M.Quliyev ümidvar olduğunu bildirib ki, gündəlikdəki məsələlər forum iştirakçılarına onlar üçün qarşılıqlı tərəfdaşlığın ən mühüm məsələləri barədə fikirlərini bildirməyə və münasibətlərin gələcək inkişaf yollarını müzakirə etməyə imkan verəcək.

Onun sözlərinə görə, əvvəlki illərin təcrübəsi göstərir ki, Təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Şurası çərçivəsində birgə görüşlərin keçirilməsi müxtəlif təhdidlərin xəbərdar edilməsi və qarşısının alınması üzrə operativ iş vərdişlərinin səmərəli təkmilləşdirilməsinə və dövlətlərin xüsusi xidmət orqanlarının səylərinin gələcəkdə sıx birləşməsinə xidmət edir.

M.Quliyev ümid etdiyini bildirib ki, iclas ümumi təhlükəsizliyin təmin olunması problemləri üzrə çoxtərəfli və ikitərəfli səviyyədə qarşılıqlı fəaliyyətə əlavə təkan verəcək, tərəfdaşlıq əlaqələrinin bundan sonra da möhkəmlənməsinə və sıx işgüzar əlaqələrin qurulmasına, qarşılıqlı sərfəli əməkdaşlığın inkişafına xidmət edəcək.

Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Azərbaycan Prezidenti İlham Əliyevin adından Bakıda iclas iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıb.

Onun sözlərinə görə, təqribən iyirmi il ərzində Təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının formatında keçirilən görüşlər xüsusi xidmət orqanlarının səlahiyyətlərinə aid olan mühüm məsələləri müzakirə etmək üçün səmərəli beynəlxalq meydançalardan biridir.

F.Ələsgərov deyib ki, bugünkü iclas, şübhəsiz ki, MDB ölkələrinin milli təhlükəsizliyinin təmin edilməsi işində səylərin gələcəkdə birləşdirilməsinə xidmət edəcək: “Sevindirici haldır ki, bu görüşdə MDB xüsusi xidmət orqanları ilə yanaşı, tərəfdaş xüsusi xidmət orqanlarının nümayəndələri də iştirak edirlər. Bu fakt sülhə və sabitliyə yönəlmiş təhdidlərin qarşısının alınmasında çoxtərəfli əməkdaşlığın daha da genişləndirilməsi üzrə səyləri əyani şəkildə nümayiş etdirir".

PA rəsmisinin sözlərinə görə, Azərbaycan burada təmsil olunan bütün dövlətlər kimi, təhlükəsizliyin möhkəmlənməsinə və risklərin minimuma endirilməsinə böyük diqqət yetirir: “Sabitlik, təhlükəsizlik mühitinin yaradılması, milli maraqlara təhdidlərin vaxtında aşkarlanması və qarşısının alınması istənilən dövlətin mövcudluğunun, müstəqilliyinin və uğurlu inkişafının əsasını təşkil edir".

Şöbə müdiri diqqətə çatdırıb ki, bu gün terrorçuluq, dini ekstremizm və aqressiv separatçılıq beynəlxalq təhlükəsizliyə əsas təhdid olaraq qalır.

F.Ələsgərov Azərbaycan Prezidenti İlham Əliyevdən sitat gətirərək bildirib ki, son vaxtlar təəssüf ki, dinlərarası və etniklərlararası zəmində gərginlik artır.

Onun sözlərinə görə, beynəlxalq birliyin səylərinə baxmayaraq, bu təhlükənin səviyyəsi azalmır, vəziyyət mürəkkəb olaraq qalır: “Xüsusilə "İslam dövləti" qruplaşmasının terror fəaliyyəti ilə bağlı qondarma cihad ideologiyasının yayılması arealı narahat etməyə bilməz. MDB ölkələrində radikal dini ideologiyanın yayılması təhlükəsi və "İslam dövləti" terror strukturları ilə affilasiya olunmuş gizli şəbəkələrin formalaşdırılması bütün tərəfdaşlıq xidmətlərinin əməkdaşlığının möhkəmləndirilməsinin zəruriliyini şərtləndirir. Belə qarşılıqlı əlaqənin verdiyi bütün imkanlardan tam istifadə etmək vacibdir”.

F.Ələsgərov vurğulayıb ki, ötən illər ərzində Azərbaycanda terrorçuluğa, dini ekstremizm və milli təhlükəsizliyin digər təhdidlərinə qarşı mübarizədə xeyli təcrübə qazanılıb. Müvafiq qanunvericiliyin təkmilləşdirilməsi prosesi daim aparılır.

Onun sözlərinə görə, artıq hüququn tətbiqi sahəsində ciddi nəticələr əldə olunub: "Bu yaxınlarda bizim xüsusi xidmət orqanları bir sıra təhlükəli dini ekstremist qrupların fəaliyyətinin qarşısının alınması üzrə bir sıra uğurlu əməliyyatlar keçiriblər. Biz hesab edirik ki, səmərəli təcrübə mübadiləsi və etibarlı tərəfdaşlıq münasibətləri xüsusi xidmət orqanları qarşısında duran vəzifələrin həllində ciddi nəticələrə nail olmaq üçün mühüm zəmin yaradan vacib alətlərdən biridir".

F.Ələsgərov ümidvar olduğunu bildirib ki, iclasda qəbul ediləcək qərarlar MDB ölkələrində təhlükəsizliyin daha da möhkəmlənməsinə xidmət edəcək.

41-ci iclasa müşahidəçilər qismində Avropanın bəzi xüsusi xidmət orqanlarının nümayəndələri dəvət edilib.

Tədbir çərçivəsində M.Quliyev Rusiya, Belarus, Tacikistan, Almaniya və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ