Azərbaycanın ədliyyə naziri AŞPA Monitorinq Komitəsinin növbəti iclasına dəvət olunub. APA-nın AŞPA-ya istinadən verdiyi məlumata görə, bu barədə AŞPA Monitorinq Komitəsinin sentyabrın 22-23-də Albaniyada keçirilən iclasında qərar verilib.
Məqsəd Azərbaycan ədliyyə naziri ilə Venesiya Komissiyası prezidentinin fikir mübadiləsi aparmasıdır.
Monitorinq Komitəsinin növbəti toplantısının tarixi hələlik məlum deyil.