16/06/2019 17:41
728 x 90

Çavuşoğlu Makronun qondarma "erməni soyqırımı" ilə bağlı qərarını tənqid edib

img

Fransa Prezidenti Emmanuel Makron 24 aprel tarixinin qondarma "erməni soyqırımı"nın xatirə günü elan edilməsi haqqında fərman imzalamaqla beynəlxalq hüququ kobud şəkildə pozub. “Trend”in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter" səhifəsində yazıb.

Nazir bildirib ki, E.Makron belə qərar qəbul etməzdən əvvəl öz ölkəsinin tarixinin qaranlıq məqamlarına diqqət etsəydi, yaxşı olardı.

Qeyd edək ki, aprelin 10-da E.Makron 24 aprel tarixinin Fransada qondarma "erməni soyqırımı"nın xatirə günü elan edilməsi haqqında fərman imzalayıb.

Son xəbərlər