19/07/2019 12:50
728 x 90

Sudanda hərbi çevriliş edən ordu kütləvi həbslərə başladı - prezident və bütün hökumət üzvləri həbs edildi

img

Xəbər verdiyimiz kimi, Sudanda həftələrdir davam edən etirazların ardından ordu bu gün hakimiyyəti ələ keçirib. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, ölkə prezidenti Ömər əl- Bəşirin istefa verib.

Sudan müdafiə naziri Avad bin Avf, prezident Ömər əl-Bəşirin həbs olunduğunu, təhlükəsiz bir yerdə saxlandığını deyib. Nazir, ölkəni hərbi şuranın idarə edəcəyini, 3 ay boyunca ölkədə fövqəladə vəziyyət elan ediləcəyini, konstitusiyanın tətbiqinin dayandırıldığını və keçid dövründən sonra seçki keçiriləcəyini bildirib.

"Hökumətlə anlaşma yolları axtardıq, ancaq olmadı. Daha sonra xalqın da istəyilə müdaxilə etdik. Bütün hökumət rəsmilərini həbs etdik” - Sudan müdafiə naziri Avad bin Avf deyib.

Sudanın bütün ərazisində bir ay ərzində saat 19.00-dan sonra küçəyə çıxmaq qadağan edilib.

Ancaq sudanlı aktivistlər xalqı müdafiə naziri Avad bin Avfa qarşı nümayişləri davam etdirməyə çağırır. Sudandakı etirazçılar da ordunun bəyanatını rədd etdiklərini və aksiyaları davam etdirəcəklərini bəyan ediblər.

Son xəbərlər