İraqın qərbindəki Ənbar vilayətinin Hit rayonunda kafedə intiharçının özünü partlatması ilə faciə yaşanıb.
Baki-xeber.com-un xəbərinə görə, nəticədə 7 dinc sakin həlak oub, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətlərilə xəstəxanaya qaldırılıb.
Hit yerli Şura sədri Muhammed əl-Muhammedi Anadolu Agentliyinin müxbirinə deyib ki, həmin kafedə intellektual gənclər toplaşır və intiharçı hücumu da onları hədəfə alıb.
Şura sədri onu da bildirib ki, təhlükəsizlik qüvvələri müvəqqəti olaraq bölgədə “küçəyə çıxma yasağı” tətbiq edib və nəzarəti gücləndirib.