ABŞ Müdafiə Nazirliyinin sözçüsü Robert Menninq Türkiyə ilə ölkəsi arasında yaşanan viza böhranının Türkiyədəki amerikan ordusunun regiondakı əməliyyatlarını əngəlləmədiyini bildirib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə o, Pentaqonda düzənlədiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib. Türkiyə ilə ABŞ arasında viza məsələsində XİN-in daha ətraflı bilgi verəcəyini deyən Menninq “Türkiyə güclü bir koalisiya ortağı və NATO üzrə müttəfiqimizdir. Sözügedən məsələlərin ortaq əməliyyatlara və personalımıza hər hansı təsirinin olmadığına sizi əmin edirəm”- deyə bildirib.
Xatırladaq ki, bu günlərdə ABŞ-ın İstanbuldakı səfiri Metin Topuzun FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinərək gözaltına alınmasından sonra iki ölkə arasında münasibətlər gərginləşib və hər iki tərəfdən visa rejiminə məhdudiyyətlər tətbiq olunub.