Rusiya Dövlət Dumasının deputatı Natalya Poklonskaya Baş Prokurorluğa “Xristian dövləti – müqəddəs Rus” dini təşkilatının ölkədə fəaliyyətinə qadağa qoyulması ilə bağlı müraciət ünvanlayıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə o, özünün sosial şəbəkədəki hesabında yazıb. Müraciətində deputat diqqətə çatdırır ki, adətən belə təşkilatların “qara siyahı”sı olur və o siyahıya konkret insanların adlarını daxil edirlər. Bu isə onu göstərir ki, onların ölkədə fəaliyyəti azalmır, hətta əksinə, yeni vüsət alır.
Xatırladaq ki, bu yaxınlarda sözügedən təşkilat “Matilda” adlı yeni filmin kinoteatrlarda nümayişinə qarşı çıxaraq ard-arda aksiyalar keçirib və nəticədə filmin ekranlardan yığışdırılmasına nail olub.