Suriyanın Lazkiyə bölgəsində Rusiyanın Su-24 təyyarəsi partlayıb.
Baki-xeber.com-un xəbərinə görə, hadisə təyyarə əməliyyat keçirmək üçün Hmeymim hərbi bazasından qalxan zaman baş verib. Belə ki, uçuş xəttilə hərəkət edərək sürət yığmaqda olan təyyarə qəfil hərəkət zolağından çıxaraq maneələrə çırpılıb. Hadisə o qədər ani baş verib ki, ekipaj üzvləri katapult etməyə imkan tapmayıb və hamısı həlak olub.
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada baş verənlərə təyyarədəki nasazlığın səbəb ola biləcəyi deyilir.