Banqladeş sahillərində qayığın çevrilməsi nəticəsində Myanmadan qaçan 12 rohinca qaçqını suya qərq olub.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Reuters” Banqladeş polisinə istinadən yazır. Xəbərə görə, insident iki ölkənin dəniz sərhədində baş verib. Qayığı isə yerli balıqçılardan biri idarə edirmiş. İlkin məlumata görə, polis 10 uşaq, bir qadın və bir kişinin meyitini sudan çıxarsa da, hadisə zamanı qayıqda olanların dəqiq sayı bəlli deyil.
8 nəfərin isə xilas edildiyi xəbər verilir.