Avropa İttifaqı (AB) miqrantlarla bağlı macar əsilli yəhudi iş adamı Corc Sorosun hazırladığı planla hərəkət edir. Baki-xeber.com xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban açıqlama verib.
Avropada miqrant böhranı ilə bağlı açıqlama verən baş nazir Sorosun bəzi adamları və təşkilatları satın aldığını, Brüsselin də onun təsiri altında olduğunu deyir.
"Corc Soros insanları və təşkilatları satın alır. Brüssel onun təsiri altındadır. Onlar sərhədləri məhv edib milyonlarla miqrantı Avropaya soxmaq, sonra da onları məcburi şəkildə bölgəyə dağıtmaq istəyirlər. Bunu qəbul etməyənləri isə cəzalandırmaq istəyirlər" – deyə V.Orban bildirib.
Avropa İttifaqının miqrantlarla bağlı Sorosun planı ilə hərəkət etdiyini iddia edən V.Orban Macarıstanın bu plana qarşı çıxa biləcəyini deyib.
Miqrantları qəbul etməkdən imtina edən Macarıstan hökuməti Sorosu, maliyyələşdirdiyi qeyri-hökumət təşkilatları vasitəsilə ildə təxminən 1 milyon miqrantı Avropaya aparmaqda günahlandırır.
Baş nazir Orban bundan əvvəl də bildirmişdi ki, Soros, gizli bir şəkildə öz təşkilatları vasitəsilə qanunsuz miqrasiyaya maddi dəstək verir. Qeyd edir ki, Sorosun miqrant siyasətinə görə, hər il AB-yə 1 milyon miqrant aparılması hədəflənib.