Rəsmi Bağdad İran və Türkiyə hökumətlərinə müraciət edərək, onları iraq kürdüstanı ilə sərhədlərini bağlamağa çağırıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə İraq DİN-in rəhbəri Əhməd Məhcub açıqlama verib. Onun sözlərinə görə, İraq DİN Türkiyə və İranın ölkəsindəki səfirliklərinə rəsmi müraciət göndərib. Həmin müraciətdə sərhədlərin bağlanması və daşımalara məhdudiyyət qoyulması, həmçinin neftlə bağlı ticarətin dayandırılması tələb olunur. Müraciətdə vurğulanır ki, İraq hökuməti Türkiyə və İranla mehriban qonşuluq, İraqın suverenliyinə hörmət çərçivəsində əməkdaşlıq edir və ikitərəfli əməkdaşlıqda təhdidlərə qarşı birgə mübarizəyə arxalanır.
Xatırladaq ki, daha öncə İraq Kürdüstanı müstəqillik referendumu keçirib və əhalisinin 90 faizi bölgənin İraqdan ayrılmasına səs verib. Lakin İraq buna yol vermək niyyətində deyil.