İraq Xarici İşlər Nazirliyi Türkiyə və İranı ölkənin şimalındakı kürd muxtariyyəti ilə sərhəddə buraxılış-keçid məntəqələrini bağlamağa çağırıb. Baki-xeber.com xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Ahmed Mahcub açıqlama yayıb.
O, Türkiyə və İranın Bağdaddakı səfirliklərinə yazılı məktub göndərilərək, kürd muxtariyyəti ilə sərhəd məntəqələrini bağlamaq və neft, eləcə də digər sahələr üzrə ticarət əlaqələrinin məhdudlaşdırılması ilə əlaqədar çağırış edildiyini bildirib.