İspaniyanın Kataloniya vilayətindəki müstəqillik tərəfdarı katalonlarla ispan polisləri arasında qarşıdurma davam edir. Baki-xeber.com xarici KİV-ə istinadən xəbər verir ki, hökumət Barselona küçələrində etiraz aksiyalarını boğmağa çalışır.
İspaniya kralı Felipe də, referendumu tanımadığını açıqlayıb. Kataloniyanın lideri Carles Puigdemont isə son bəyanatında bildirib ki, referendumun nəticəsi tətbiq oluna bilər, yəni region müstəqilliyini elan edə bilər.
Bölgədə gərginlik davam etdiyi üçün, İspaniyanın Kataloniyaya ordu göndərməsi barədə xəbərlər yayılıb. Hökumət Katalonya ilə sərhəddə yerləşən La Panadella ərazisində hərbi qüvvə yığmağa başlayıb.
İspan ordusunun bölgəyə birbaşa müdaxilə edə biləcəyi iddia edilir. Katalonlar isə, sosial mediada etiraz edərək bunu, bölgəni işğal cəhdi adlandırıblar.
Bu arada, İspaniyanın böyük bankları və şirkətləri Kataloniya bölgəsini tərk etməyə başlayıb. Artıq ölkənin 5-ci böyük bankı “Sabadell” əsas mərkəzi ofisini Barselonadan çıxarmaq barədə qərar qəbul edib.
“El Pais” qəzeti isə İspaniya hökumətinin Kataloniyadan çıxmaq istəyən şirkətlərin işlərini sürətləndirəcək yeni bir qanunun üzərində işlədiyini iddia edib.