Kanada parlamenti “Xarici ölkələrin korrupsiyalaşmış hökumətlərinin qurbanları” ilə bağlı qanun qəbul edib.Başqa sözlə, bu, qanun qarşısında hər kəsin cavabdehliyini təsbit edən qanun adlanır.
Baki-xeber.com-un xəbərinə görə, qanun əsasən insan hüquqlarının pozulduğu ölkələrin hökumət nümayəndələrinə məxsus aktivlərin dondurulması və onların vizalarının ləğvini nəzərdə tutur. Müzakirələr zamanı təkliflər səslənib ki, ilkin olaraq “Maqnitski adına qanun” Kanadada çirkli pulların yuyulmasını həyata keçirən və vətəndaş hüquqlarının pozulduğu Rusiya, Venesuela, İran, Vyetnam və Myanmaya tətbiq olunsun.
Qeyd edək ki, 2012-ci ildə ABŞ-da qəbul olunan “Maqnitski aktı” fərdi şəkildə onlarla Rusiya vətəndaşı barəsində sanksiyalar tətbiq olunmasına imkan verib. Akt Hermitage Capital fondunun hüquqşünası Sergey Maqnitskinin adı ilə adlandırılb. Barəsində sanksiyalar tətbiq olunan həmin şəxslər Sergey Maqnitskinin 2009-cu ildə Moskvanın “Matrosskaya tişina” həbsxanasında müəmmalı şəkildə dünyasını dəyişməsi olayı ilə əlaqəli hesab olunur.