ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində qaradərililərin etiraz nümayişi keçirilib.
Baki-xeber.com-un xəbərinə görə, buna səbəb 2011-ci ildə 24 yaşlı zənci Entoni lamar Smiti qətlə yetirən polisin sentyabrın 15-də bəraət alaraq həbsdən buraxılması olub. Polis 143 nəfəri gözaltına alıb. Bununla da eyni səbəblə sentyabrın 17-də etiraz aksiyası keçirərək gözaltına alınanların sayı 300-ə çatıb. Baş verənlərə etiraz edən aksiyaçılar polisə müqavimət göstərib, daş və digər cisimlər ataraq mağazaların vitrinlərini qırıb.
Qeyd edək ki, öncəki aylarda ABŞ-da qaradərililərin hüquqlarının müdafiəsilə məşğul olan NAACP təşkilatı onlara polis tərəfindən saxlana biləcəkləri nədənilə Missuri ştatına getməmələri yönündə çağırış edib.