Rusiya dövlət başçısı Vladimir Putin 2018-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etməyə bilər. Bu barədə prezident jurnalistlərə bildirib.
Belə ki, jurnalistlər Putinə 2018-ci ildə rəqibinin kim olacağı barədə sual veriblər. Cavabında isə prezident "kimə qarşı mübarizə aparacağımı bilmirəm, ümumiyyətlə, 2018-ci ildə namizədliyimi sürüb-sürməyəcəyimi bilmirəm" ifadəsini işlədib.
Prezident bu ilin noyabr-dekabr aylarında prezident kampaniyasının elan olunacağını xatırladıb.
Rusiyada növbəti prezident seçkiləri 2018-ci ildə keçiriləcək. Bu ölkədə prezidentlik müddəti 6 ildir.