Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Əş-Şərq əs-Ausat” qəzetinə müsahibəsində ABŞ-ın Suriya ərazisində qorxulu provokasiyalarından danışıb.
Baki-xeber.com-un xəbərinə görə, o deyib ki, ABŞ başda olmaqla, koalisiya qüvvələri Rusiya hərbçilərinə qarşı “ölüm təhlükəli provokasiyalar” təşkil edir. “Suriyada ABŞ-a yaxın qüvvələrin hərəkətləri xeyli suallar döğurur. Gah təsadüfən Suriya ordusuna zərbə endirirlər, bundan dərhal sonra İŞİD əks-hücuma keçir, gah digər terrorçu qruplara strateji obyektlərin yerini nişan verir, gah da bizim hərbçilərə qarşı ölüm təhlükəli provokasiyalar həyata keçirirlər”- Lavrov deyib.
Daha öncə isə Lavrov Rusiya ilə ABŞ arasında münasibətlərin dalana dirənmiş vəziyyətdən çıxacağına ümid etdiyini bildirmişdi.