Oxford bələdiyyəsi Myanmar xarici işlər naziri və baş nazirin vəzifəsini icra edən Aung San Suu Çiiyə verdiyi "Oksford Azadlıq Nişanı"nı geri alır. Baki-xeber.com xəbər verir ki, bu barədə Oxford Bələdiyyə Məclisi qərar qəbul edib
Bələdiyyə Məclisinin üzvləri, Suu Çiiyə 1997-ci ildə verilən nişanın, myanmarlı siyasətçisinin Arakanda müsəlmanlara qarşı soyqırıma səssiz qalmasına görə, geri alınması qərarını yekdilliklə dəstəkləyib.
Tövsiyə xarakterli qərarın Məclisin noyabrın 27-də keçirilən iclasında təsdiq ediləcəyi və nişanın rəsmən geri alınacağı bildirilir.
Aung San Suu Çii 1997-ci ildə layiq görüldüyü "Oksford Azadlıq Nişanı"nı 2012-ci ildə alıb. Onun 1964-1967-ci illərdə tələbəsi olduğu Oxford Universitetində asılmış portreti də universitetdən götürülüb.