ABŞ-ın Las-Veqas şəhərində keçirilən musiqi festivalında ölkə tarixinin ən qanlı qətliamı törədilib. Baki-xeber.com məşhur “Mandalay Bay” Hotelin yanında keçirilən musiqi festivalı otelin 32-ci mərtəbəsindən atəşə tutulub.
Hadisə nəticəsində azı 50 insan həlak olub, 400-dən çox yaralı var. Ölənlər arasında polis əməkdaşları da var.
Məlumata görə, 64 yaşlı yerli sakin, Stiven Paddok "Mandalay Bay" Hotelin 32-ci mərtəbəsindən açıq havada keçirilən festivalın iştirakçılarına atəş açıb. Polis hadisəni törədən Stiven Paddoku otelin 32-ci mərtəbəsində öldürüldüyünü açıqlayıb.
Son məlumatlara görə, polis oteldə qatilin meyitini tapıb, onun intihar etdiyi ehtimal edilir. Bundan başqa onun öldüyü otelin 32-ci mərtəbəsindəki otaqda 10 silah tapılıb. Hazırda polis hadisəni törədən şəxsin qadın tanışını axtarır. Meri Lu Denli adlı qadının S. Paddokla əlbir olduğu ehtimal edilir.